Qafqaz ölkələri "Birlik Kuboku"ndan imtina etdi

Qafqaz ölkələri "Birlik Kuboku"ndan imtina etdi
XƏBƏR 29 Dekabr 2012 / 00:13 3191
-  A +

2013-cü il yanvarın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək futbol üzrə “Birlik Kuboku”nun təqvimi açıqlanıb.

Gənclərdən ibarət yığmaların turnirinə postsovet məkanından 12 ölkə yığması qatılacaq.
 
Onların arasında Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan təmsil olunmur. Əvəzində Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya yarışda oynamağa razılıq verib. Turnir yanvarın 27-dək davam edəcək.
 
Qeyd edək ki, “Birlik Kuboku” əvvəllər keçmiş SSRİ respublikalarının klubları arasında keçirilib. Sonuncu dəfə klublararası turnirin qalibi 2011-ci ilin yanvarında Bakı “İnter”i olub (Lent.az).

Son xəbərlər