Andrey Arşavin "Ridinq"in təklifini rədd etdi

Andrey Arşavin "Ridinq"in təklifini rədd etdi
XƏBƏR 28 Dekabr 2012 / 03:45 2268
-  A +

Yanvar ayında "Arsenal"dan ayrılacağı gözlənilən Andrey Arşavin Premyer Liqanın digər təmsilçisi "Ridinq"in maraq dairəsinə düşüb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Ridinq" rusiyalı futbolçunun həftəsinə 65 min funt-sterlinq təklif edib.

Lakin Arşavin "Ridinq"də oynamaqdan imtina edib. "Arsenal"ın əsas heyətindən kənarda qalan 31 yaşlı futbolçunun gələcək taleyinin necə olacağı hələ də sual olaraq qalır.

Qeyd edək ki, Arşavin "Arsenal"da həftəsinə 80 min funt-sterlinq qazanır.


Son xəbərlər