2012-ci il başlayanda “Simurq” fasiləyə 19 xalla yollanmışdı.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın azda olsa ilk "altılığ"a düşmək üçün şansları var idi və "sarı-qaralar" bu istəyinə nail olmaq üçün “Qəbələ”, “Bakı”, “Qarabağ” və “Kəpəz”lə görüşlərdə maksimum nəticə göstərməli idi.
Ancaq fasilədə Antalyada yüksək səviyyədə təlim-məşq toplanışı keçən Zaqatala təmsilçisi bunun öhdəsində gələ bilmədi və baş məşqçi Sergey Yuran vəzifəsindən uzaqlaşdırılaraq, onun yerinə Georgi Çixradzde gətirildi.
Gürcü mütəxəssisin qarşısına isə ilk iş kimi komandanı Premyer Liqada saxlamaq və növbəti ilə hazırlıqları başlamaq qoyuldu. 2011/12-ci il mövsümün “Simurq” 34 xalla 9-cu pillədə tamamladı.
Qısa istirahətdən sonra gərgin iş rejiminə start verildi. İlkin hədəf kimi isə məşqçilər korpusunun qarşısına 2012/13 mövsümündə ilk "altılığ"a düşmək qoyuldu. Komanda yenidən kompleksləşdirilməyə başlanıldı. Bir çox futbolçu heyətdən uzaqlaşdırıldı və yeni simalar dəvət olundu. Dörd mərhələdən ibarət təlim-məşq toplanışları keçirildi. Burada 25 nəfər legioner oyunçu baxışa dəvət olundu və onlardan səkkizi ilə rəsmi müqavilə bağlandı.
Mövsümün startı və nəticə
2012/13-cü il mövsümünün startına avqustun 4-də verildi. “Simurq” ilk oyununu doğma arenada “Qəbələ”yə qarşı keçirdi və meydandan 1 xalla ayrıldı. Artıq bu nəticə gələcəyin çarcısı idi. "Sarı-qaralar" IX tura qədər məğlub olmadan yoluna davam etdi və xalları üst-üstə toplayaraq zirvədə yerini möhkəmlətdi. 18 həftənin ardından Zaqatala təmsilçisi ötən ilki ümumi nəticəyə bərabər göstərici ilə fasiləyə yollandı. Hazırda sarı-qaralar 9 qələbə, 6 heç-heçə sayəsində 33 xalla turnir cədvəlində liderdən minimal fərqlə geri qalır.
Artıq demək olar ki, “Simurq” ilk "altılıq"dadır. Ancaq bu hələ son deyil. Çünki fasilədən sonra II mərhələnində başa çatması üçün 4 oyun qalıb. Komanda bu qarşılaşmalarda da maksimal nəticə toplayaraq artıq medallar uğrunda mübarizəyə start verəcək. Çünki növbəti qarşıya qoyulan hədəf budur.
Vurulan və buraxılan qollar
Cari mövsümdə “Simurq” top fərqinə görə də rəqiblərindən geri qalmır. Turnir cədvəlinə diqqət etsək komandanın hesabında 23 top var. Onlardan üçü XVIII turda rəqibin legioner limitini pozduğuna görə Zaqatala təmsilçisinin hesabına yazılsa da, yerdə qalan qolları "Simurq" futbolçularının aktivindədir. Geridə qalan oyunlar içərisində komandanın ən böyükhesablı qələbəsi “Turan”la matçda qeydə alınıb. Bu qarşılaşmada Zdravko Popoviçin dublu və Bario Boziçin gözəl qolu sayəsində “Simurq” 3:0 hesablı qələbə qazanıb. Ən çox qol vuran futbolçu da elə “Super Mario”dur.
III turdan "sarı-qaralı" forma ilə mübarizəyə qoşulan Bojiç artıq 5 dəfə fərqlənə bilib. Yerdə qalan topları isə Stepan Polyak (4), Marçin Burkhardt (4), Zdravko Popoviç (3), Murad Səttarlı (2), İlkin Qırtımov (1) və Ruslan Poladov (1) vurub. Qeyd edək ki, son oyunun nəticəsinin ləğv olunduğundan Zdravko Popoviçin “Rəvan”ın qapısından keçirdiyi qol onun hesabından silinib.
Buraxılan toplara gəldikdə isə “Simurq” hələ ki, qapısında 11 dəfə qol görüb. Onlardan biri ilk turda görəv alan Dmitriy Kramarenkonun, yerdə qalanları isə komandanın əsas qapıçısı David Piterzkeiviçin hesabındadır. Polşalı əlcək ustası bu toplardan yalnız birini XI turda “Neftçi” ilə oyunda penaltidən buraxıb.
Sarı və qırmızı vərəqələr
Geridə qalan 18 turda “Simurq”un oyunlarını idarə edən hakimlər futbolçulara ümumilikdə 54 sarı, 4 qırmızı vərəqə göstərib. Ən çox cəzaya məruz qalan isə kapitan Rasim Ramaldanov olub. Mərkəz müdafiəçiyə hakimlər 8 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə göstəriblər. Bunun da nəticəsində Rasim 3 oyunda cəza səbəbindən forma geyinə bilməyib. Ondan sonra isə Mario Boziç gəlir. Serbiyalı legioner meydandan qovulmasa da, 7 dəfə hakimlərin sarı vərəqəsi ilə tanış olub. Ən intizamlı futbolçu isə Marçin Burkhardtdır. 18 turda 1076 dəqiqə meydanda olan polşalı futbolçuya görə hakimlər heç bir oyunda əllərini ciblərinə atmayıb.
Kim daha çox
Baş məşqçi Georgi Çixradze cari mövsümdə 22 futbolçuya forma şansı verib. Vaxt və oyun baxımından ən çox meydanda olan futbolçu Aleksandr Şemonayevdir. Yalnız XIII turda cəza səbəbəbindən forma şansı verilməyən Saşa, qalan qarşılaşmaların hamısında iştirak edib. Ondan sonra isə David Piterzkeiviç gəlir. Polşalı əlcək sahibi I və XVIII turlarda komandaya kömək edə bilməyib. Ən az meydanda olan isə Rüstəm Abbasovdur. Gənc müdafiəçi mövsümün açılış matçının 13-cü dəqiqəsində ciddi zədə alaraq əvəzlənmişdi.
XVIII tura 32200 manat…
“Simurq” geridə qalan XVIII tur çərçivəsində ən çox cəza alan komandalardan biridir. Zaqatala təmsilçisi ümumilikdə AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 32200 manat cərimələnib. Bu məbləğin 8000 manatı azərkeşlərin oyun zamanı meydançaya kənar əşya atdığına görə, 12200 manatı futbolçuların qırmızı vərəqə aldığına görə, 5000 manatı isə bir oyunda komandanın oyunçularına dörd sarı vərəqə göstərildiyinə görə tətbiq olunub. Yerdə qalan məbləğin 5000 manatı klubun menecerinə və 2000 manatı isə tibb maşının stadiona gec gəldiyinə görə “Simurq” cərimə edilib.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı