"İnter"in hücumameyilli yarımmüdafiəçisi Daniel Genov klubun rəsmi saytına müsahibə verib.
- Daniel, “Neftçi” ilə keçirilən oyun barədə nə deyərdin?
- İlk qolu biz buraxdıq, lakin xarakterimizi göstərməyi bacardıq. İkinci hissədə “İnter”in əsl oyun nümayiş etdirdik. Biz göstərdik ki, belə də oynaya bilərik. Düşünürəm ki, ikinci hissədə meydançada yalnız bir komanda vardı - “İnter”.
- Lakin bu oyunun müqabilində komandaya qələbə qolunu vurmaq müyəssər olmadı. Bu oyunda qalib gəlmək üçün “İnter”ə nə mane oldu?
- Həmin gecə uğur bizdən üz döndərmişdi. Biz bir neçə yüzfaizlik qol vəziyyətlərindən yararlana bilmədik. Mən də yaxşı şansı əldən verdim.
- Sən özün də sol cinahdan asmadan sonra fərqlənə bilərdin. Lakin bunu bacarmadın...
- Belə alındı. Mən həmin epizodu yaxşı xatırlayıram. Baş zərbəsilə asmanı qapadım, lakin təəssüf ki, yaxşı zərbə endirə bilmədim. Fərqlənməyi çox istəyirdim, ancaq qismət olmadı.
- “Neftçi” bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməyi bacardı. Komandanın heyətində rəqibdən çəkinmək kimi hansısa bir hiss vardımı? Yoxsa bu faktor, əksinə, “İnter”ə əlavə motivasiya verirdi?
- Yox, biz rəqibdən qorxmurduq. Bizim öz oyun tərzimiz var və bunu rəqiblərdən asılı olmayaraq nümayiş etdiririk. Qalib gələ bilərdik, ancaq əvvəl dediyim kimi, bizim bəxtimiz gətirmədi.
- Səncə, itirilmiş xallarda “günahkar” yalnız bəxtsizlikdir?
- Bəxtsizlik və israfçılıq. Biz çoxsaylı vəziyyətləri yerinə yetirə bilmədik. Əgər “İnter” daha bir qol vursaydı, o zaman oyun prosesi başqa istiqamətdə inkişaf edə bilərdi.
- Komandanın əsas problemlərindən biri realizasiyadır. Necə düşünürsən, qol imkanlarından daha səviyyəli istifadə etməyinizə nə mane olur?
- Məşqlərdə realizasiyalar üstündə daha çox işləmək lazımdır. Bundan başqa, biz belə anlar üzərində məşqlərdən sonra da çalışmalıyıq. Düşünürəm ki, o zaman hər şey alınacaq. Burada soyuqqanlılıq da böyük rol oynayır və bir çox anlarda o bizdə çatışmır.
- Artıq Yeni il bayramı yaxınlaşır. Bayramı harada keçirməyi planlaşdırırsınız?
- Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm və hamıya uğurlar arzulayıram. Şəxsən mən Yeni ili Bolqarıstanda, evimdə keçirməyi düşünürəm. Bayramı ailəmlə birlikdə qeyd etmək istəyirəm.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?