"Traktor Sazi" qələbəni əldən verdi

"Traktor Sazi" qələbəni əldən verdi
XƏBƏR 27 Dekabr 2012 / 00:46 1859
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi XVIII tur çərçivəsində səfərdə "Saipa" klubu ilə qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib. Fasiləyə 0:0 hesabı ilə yollanan komandalar ikinci hissədə hərəyə iki dəfə fərqləniblər. "Traktor Sazi" hesabda önə keçsə də, bu üstünlüyünü sonadək qoruya bilməyib - 2:2.

Qeyd edək ki, "Traktor Sazi" 18 turdan sonra 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 


Son xəbərlər