"Anji"dən Quus Hiddinkə 12 milyon avro

"Anji"dən Quus Hiddinkə 12 milyon avro
XƏBƏR 26 Dekabr 2012 / 00:01 1841
-  A +

Rusiyanın "Anji" klubu baş məşqçi Quus Hiddinklə yoluna davam etmək niyyətindədir.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi Hiddinkə yeni müqavilə təklif edəcək.

Gələn ilin iyun ayında "Anji" ilə müqaviləsi başa çatacaq 66 yaşlı mütəxəssis komandada qalacağı təqdirdə ilinə 12 milyon avro qazanacaq. Bu məbləğlə razılaşan Hiddinkin daha bir neçə il "Anji"də qalacağı gözlənilir.

Qeyd edək ki, "Anji" 19 turdan sonra 41 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


Son xəbərlər