Kaxaber Sxadadze: "Bir neçə futbolçumuzda "Neftçi" sindromu var"

Kaxaber Sxadadze: "Bir neçə futbolçumuzda "Neftçi" sindromu var"
XƏBƏR 25 Dekabr 2012 / 20:34 2871
-  A +

"Yeni il öncəsi yaxşı oyun sərgilədik. İlk hissədə "Neftçi"nin üstünlüyü var idi. Rəqibin qolu da gözəl alındı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Neftçi" ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib. 

Gürcüstanlı mütəxəssis komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: "İkinci hissədə fərqli oynadıq. Bir neçə futbolçularımızda "Neftçi" sindromu var. Rəqib qapıçını alqışlayıram. Bir neçə epizodda komandasını qoldan xilas etdi. 

Bu gün klub prezidenti də bizə baxımlı oyun nümayiş etdirməyi tapşırmışdı. Gördüyünüz kimi bu gün baxımlı oyun nümayiş etdirdik. Rəqibin heyətində İqor Mitreskinin olmamasına gəldikdə isə, onun varlığı da bizim üçün problem olmayacaqdı".
 


Son xəbərlər