"Xəzər Lənkəran" qapıçısı ilə yollarını ayırdı

"Xəzər Lənkəran" qapıçısı ilə yollarını ayırdı
XƏBƏR 25 Dekabr 2012 / 16:40 4687
-  A +

“Xəzər Lənkəran” klubu qapıçı Kamal Bayramovla yollarını ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin may ayında imzalanan müqaviləyə klubla futbolçunun qarşılıqlı razılaşması nəticəsində xitam verilib.
 
Komanda qış transfer pəncərəsi zamanı bu mövqeyi möhkəmləndirmək məqsədilə yeni qapıçını sıralarına cəlb etməyi planlaşdırır. Bundan başqa, əsas komanda aşağı yaş qruplarından olan gənc qapıçılardan da yararlanmağı nəzərdə tutur.

Son xəbərlər