Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqada çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, tədbirdə "Simurq"un prezidenti Anar Bəkirov, "İnter" PİK-in prezidenti Georgi Nikolov, "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl, "Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Xəzər Lənkəran" FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, "Turan"ın vitse-prezidenti Namiq Məstanov, "Bakı" FK-nın icraçı-direktoru Yaşar Seyidov, "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və "Kəpəz" PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər.
Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil. Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə
Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib.
Müzakirə olunan digər məsələ Premyer Liqanın keçirilmə sistemi olub və əksər klublar hazırkı "6-lıq" sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın.
Klub nümayəndələri görüşün təşkili ilə bağlı AFFA və PFL rəhbərliyinə minnətdarlıq edib. Sonda AFFA-nın rəhbərliyi adından klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?