30 yaşlı futbolçu dünyasını dəyişdi

30 yaşlı futbolçu dünyasını dəyişdi
XƏBƏR 25 Dekabr 2012 / 00:46 2839
-  A +

Rumıniyalı futbolçu Kristian Tudor 30 yaşında dünyasını dəyişib. Qol.Az-ın “Sportul Bistritean”a istinadən verdiyi məlumata görə, Tudor qara ciyər serrozundan ölüb.
 
O, dekabrın 26-da doğma şəhəri Bistritsada dəfn olunacaq. Son il ərzində sabiq hücumçu bir neçə dəfə kritik vəziyyətdə xəstəxanaya düşüb.
 
Qeyd edək ki, Kristian Tudor peşəkar karyerasına “Qloriya”da başlayıb. O, 2002-ci ildə Moldova “Şerif”inə keçib və həmin il ölkə çempionluğu və kubokunu qazanıb. Tudor 2003-cü ildə Rusiyanın “Alaniya”, 2004-cü ildə “Moskva” klublarına keçib. 2006-cı ildə “Alaniya”ya qayıdan forvard daha 3 il bu komandanın formasını geyinib. Tudor 2009-cu ildə “Qloriya”ya qayıtsa da, artıq çəki səbəbindən heyətdə möhkəmlənə bilməyib.

Son xəbərlər