“Qarabağ” qış planını açıqladı

XƏBƏR 24 Dekabr 2012 / 13:17 2083
-  A +

Premyer liqanın XVIII turunda “Xəzər Lənkəran”ı məğlub edən “Qarabağ”ın futbolçuları istirahətə buraxılıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Qurban Qurbanov oyunun ertəsi günü futbolçularla görüşüb. O, komanda üzvlərinə qış fasiləsindən yaxşı yararlanmağı və geri döndükdən sonra yaxşı durumda olmağın vacibliyini vurğulayıb.

“Qarabağ” bir də 2013-cü ilin yanvarın 9-u bir araya gələcək və təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaq. Hazırlıq prosesi fevralın 3-dək davam edəcək.


Son xəbərlər