Cavid Hüseynov oynadı, komandası xal itirdi

Cavid Hüseynov oynadı, komandası xal itirdi
XƏBƏR 24 Dekabr 2012 / 02:57 2580
-  A +

Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Demirspor” klubu ötən gün Türkiyə aşağı liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Adana təmsilçisi XVII tur çərçivəsində evdə “Samsunspor” klubu ilə qarşılaşıb.

Bu oyunda qalib müəyyənləşməyib. Komandaların ciddi cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, ötən tur ehtiyatda qalan Cavid bu dəfə matçın 81-ci dəqiqəsində meydana çıxıb. Lakin o da komandasına qələbə qazandıra bilməyib.


Son xəbərlər