Burak Yılmaz Trabzonda təzyiqlə üzləşdi (FOTO, VİDEO)

Burak Yılmaz Trabzonda təzyiqlə üzləşdi (FOTO, VİDEO)
XƏBƏR 24 Dekabr 2012 / 02:08 2429
-  A +

Türkiyə Superliqasının sonuncu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Qalatasaray" matçında qonaqların hücumçusu Burak Yılmaz yerli azarkeşlərin təzyiqi ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, matçın 59-cu dəqiqəsində azarkeşlərdən birinin meydançaya atdığı yad əşya sabiq "Trabzonspor"lu futbolçunun başına tuş gəlib.
 
Yerdə qalan Burakın köməyinə sabiq komanda yoldaşı Giray Kaçar çatıb. B.Yılmaz ayağa qalxdıqdan sonra oyun dayandığı yerdən davam edib.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" oyunu 0:0 hesabı ilə başa çatıb.



Son xəbərlər