“Qarabağ” ev oyunlarını Suraxanıda keçirəcək

XƏBƏR 23 Dekabr 2012 / 13:51 2179
-  A +

“Qarabağ” növbəti mövsümdən ev oyunlarını Suraxanı qəsəbəsi stadionunda keçirəcək.

Qol.Az-ın məlumatına görə, bu haqda klubun direktoru Əmrah Çəlikəl “İmarət” fan-klubunun ilin yekunlarına həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, həmin arenanı icarəyə götürən “Qarabağ” orada baza inşa edəcək: “Növbəti mövsümdən komanda tam olaraq orada yerləşəcək. Stadionun tribunaları və meydançanın ot örtüyü dəyişdiriləcək. Buna başqa, bazada futbolçular üçün otelin tikilməsi də nəzərdə tutulub”.

Qeyd edək ki, “Qarabağ” hazırda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.


Son xəbərlər