Cihan Özkara oynamadı, komandası məğlub oldu

Cihan Özkara oynamadı, komandası məğlub oldu
XƏBƏR 23 Dekabr 2012 / 00:38 1544
-  A +

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Erciyesspor" klubu ötən gün Türkiyə birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Özkaranın komandası XVII tur çərçivəsində səfərdə "Şanlıurfaspor”la qarşılaşıb.

Martçın taleyini bir qol həll edib. Meydan sahiblərinin ikinci hissənin əvvəlində vurduğu qol oyunda yeganə olub - 1:0.

Qeyd edək ki, ötən görüşdə olduğu kimi Özkara bu oyunda da iştirak etməyib.


Son xəbərlər