Vaqif Sadıqov: "Qapıçısız oynasaydıq, bundan yaxşı olardı"

XƏBƏR 22 Dekabr 2012 / 19:28 3473
-  A +

"Bu gün hər iki komadna yaxşı oynadı, ancaq biri qələbə qazandı. Belə səhvlər bizə yaraşmır. Bu matç göstərdi ki, biz hələ də böyük oyunlara hazır deyilik. Lakin söz verirəm ki, ilk "altılığ"a düşəcəyik"

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Neftçi" ilə oyundan sonra (2:4) keçirilən mətbuat konfransında deyib.

V.Sadıqov bu oyundan əsasən komandasının qapıçısı Amil ağacanovun oyunundan gileylənib: "Bu görüşdə qapıçısız oynasaydıq, bundan yaxşı olardı. AZAL kimi komandaya belə toplar buraxmaq yaraşmır. Nildo bu oyunun ən yaxşılarından idi. Ancaq ələ düşən imkanlardan yararlana bilmədi. "Neftçi" bu gün layiqli qələbə qazandı. Məğlubiyyətdə günah mənimdi. Heç kimi qınamıram. İnanıram ki, AZAL gələn il Avrokuboklarda mübarizə aparacaq".

 

Son xəbərlər