Bastian Şvaynştayger: "Bavariyadan ayrılacağam"

Bastian Şvaynştayger: "Bavariyadan ayrılacağam"
XƏBƏR 22 Dekabr 2012 / 16:25 2408
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan almaniyalı mütəxəssis 2016-cı ildə "Bavariya"dan ayrılacağını bildirib:

"Mövsümün sonunda "Bavariya" ilə müqaviləm başa çatacaq. Ancaq komandamla müqaviləni yeniləmək istəyirəm. 2016-cı ilə qədər "Bavariya"da çıxış etməyi planlaşdırıram. Lakin bu müddətdən sonra Münhendən ayrılacağam".

Qeyd edək ki, 2002-ci ildən "Bavariya"nın şərəfini qoruyan Şvaynştayger bu komandanın heyətində keçirdiyi 287 oyunda 33 qola imza atıb.
 


Son xəbərlər