"Bakı"nın qapıçısı xəstəxanalıq oldu

XƏBƏR 22 Dekabr 2012 / 16:21 2367
-  A +

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində hazırda davam edən "İnter" - "Bakı" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, matçın 55-ci dəqiqəsində "Bakı"nın qapıçısı Edin Nuredinoski zədələnərək meydanı tərk edib.

"İnter"in forvardı Samir Zərgərovun hücumunun qarşısını alarkən başından zədə alan makedoniyalı qolkiper təcili tibbi yardım maşını ilə meydançadan birbaşa xəstəxanaya aparılıb.

Qeyd edək ki, qayda pozuntusuna görə təyin olunan penalti zərbəsini "İnter"in hücumçusu Kaxaber Sxadadze dəqiq yerinə yetirib - 1:0.


Son xəbərlər