"Qiyamət günü" öncəsi idman tarixinin "ən"ləri seçildi

"Qiyamət günü" öncəsi idman tarixinin "ən"ləri seçildi
XƏBƏR 22 Dekabr 2012 / 10:42 1994
-  A +

Maya təqvimi üzrə dekabrın 21-də gözlənilən “Qiyamət günü” öncəsi 5 min illik idman tarixinin “ən”ləri seçilib.

“La Gazzetta dello Sport”un apardığı sorğuda Türkiyə “Beşiktaş”ından qalmaqalla ayrılan Rikardo Quarejma da fərqlənib. Portuqaliyalı yarımmüdafiəçi ən pis futbolçular üçün müəyyənləşdirilən “bidon”a layiq görülüb. O, finalda Darko Pançevi geridə qoyub.
 
Futbol tarixinin ən faydalı transferi Zinəddin Zidan sayılıb. Ən yaxşı baş məşqçi ünvanına hazırda İspaniya millisinə rəhbərlik edən Visente Del Boske sahib çıxıb. Ən yaxşı idmançı isə ilk qadın atlet Kallipatira seçilib (Lent.az).

Son xəbərlər