Filip Lam: "Arsenal"ı keçəcək gücdəyik"

Filip Lam: "Arsenal"ı keçəcək gücdəyik"
XƏBƏR 21 Dekabr 2012 / 02:11 1972
-  A +

"Bavariya" klubunun cinah müdafiəçisi Filip Lam Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, almaniyalı futbolçu "Arsenal" səddini keçəcəklərinə inandığını bildirib:

"Püşk bizim üçün uğurlu oldu. "Arsenal"a qarşı daha öncə heç oynamadım. Yəni, onların stadionunu ilk dəfə görəcəyəm. Ancaq növbəti mərhələyə adlayacaq gücündəyik. Hər iki qarşılaşmanın möhtəşəm atmosferdə keçəcəyini düşünürəm".

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.


Son xəbərlər