Erik Abidal "Barselona"da məşqlərə başladı

Erik Abidal "Barselona"da məşqlərə başladı
XƏBƏR 21 Dekabr 2012 / 01:57 1851
-  A +

2012-ci ili aprelində qara ciyəri dəyişdirildikdən sonra futboldan uzaq düşən “Barselona”nın müdafiəçisi Erik Abidal komandasında məşqlərə başlayıb.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu 9 aylıq fasilədən sonra yenidən futbola qayıdıb.

Abidal bununla bağlı "Facebook" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Hər kəsə salamlar. Buradan ötən gün baş tutan hazırlıqda komandamla birgə məşqə çıxdığımı söyləmək istəyirəm".

Qeyd edək ki, sonda ən qısa zamanda yaşıl meydanlara qayıtmaq istədiyini bildirən Abidal eyni zamanda komandanın baş məşqçisi Tito Vilanovaya da Allahdan şəfa diləyib.


Son xəbərlər