Əfsanəvi baş məşqçidən üçüncü qayıdış

Əfsanəvi baş məşqçidən üçüncü qayıdış
XƏBƏR 21 Dekabr 2012 / 01:44 2674
-  A +

Karlos Byanki Argentinanın “Boka Huniors” futbol komandasına baş məşqçi təyin olunub.

Qol.Az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis bu postda Xulio Sesar Falsionini əvəzləyib.
 
Klubun ev arenası “La Bombonera”da yeni baş məşqçini 5 min azarkeş salamlayıb.
 
Qeyd edək ki, Karlos Byanki 1998 – 2001-ci illərdə və 2003-2004-cü il mövsümündə də “Boka Huniors”un baş məşqçisi olub. Byanki bu komandanın sükanı arxasında 4 dəfə Argentina çempionluğu, 3 dəfə Libertadores Kuboku, 2 dəfə Qitələrarası Kuboku qazanıb.

 


Son xəbərlər