Bernhard Raab: "Fasilədə komanda ilə ciddi danışdım"

Bernhard Raab: "Fasilədə komanda ilə ciddi danışdım"
XƏBƏR 20 Dekabr 2012 / 19:17 1922
-  A +

"Komandadan çox razıyam, son iki oyunda vacib qələbələr qazandıq. Bugünkü oyunda bəxtimiz də gətirdi. İlk hissədə yaxşı təsir bağışlamadıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raab "Kəpəz"lə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis komandasının sonadək mübarizə apardığını bildirib: "Fasilədə komanda ilə ciddi danışdım və “Kəpəz”in bizdən daha üstün oynadığını dedim. İkinci hissədə komandanın oyununda müsbətə doğru dəyişiklik oldu. Futbolçuların sonadək mübarizə aparıb iki qol vurması xoşuma gəldi”.


Son xəbərlər