"Beşiktaş"ın hücumçusu "Qalatasaray"a doğru

"Beşiktaş"ın hücumçusu "Qalatasaray"a doğru
XƏBƏR 20 Dekabr 2012 / 01:47 2874
-  A +

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Quarejmanın “Qalatasaray”la sövdələşdiyi üzə çıxıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin keçidi mövsümün sonunda baş tuta bilər.
 
“NTV Spor” “Beşiktaş” rəhbərliyinin Qurarejmaya 1 milyon 850 min dollarlıq borcu ödədiyini, əvəzində futbolçudan qarşıdakı 4 ay ərzində heç bir kluba keçməməsinin istənildiyini yazıb. Məqsəd onun “Qalatasaray”a keçidini əngəlləməkdən ibarət olub. Lakin klub prezidenti Fikrət Orman Quarejmanın hələ də “Beşiktaş”a məxsus olduğunu açıqlayıb.
 
Araşdırmalar zamanı məlum olub ki, 29 yaşlı oyunçu qış transfer dövründə “Cim-Bom”a keçmək istəyib. Lakin “qara qartallar”la müqaviləsində olan “anlaşmaya xitam verildikdən sonra 4 ay ərzində başqa komandaya gedə bilməz” bəndi onun əl-ayağını bağlayıb. “Beşiktaş” rəhbərliyi müqaviləyə belə bir bəndi daxil etməklə futbolçunun başqa kluba keçidini əngəlləmək niyyəti güdüb. İndi Quarejma mövsümün sonunadək sövdələşməsinin bitməsini gözləmək və ardından “Qalatasaray”la müqavilə bağlamaq istəyir.
 
Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi 2010-cu ilin yayında komandaya gələn Rikardo Quarejmaya bu il maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif edib. Lakin portuqaliyalı futbolçu təklifi rədd edib. Bu səbəbdən, o, əsas heyətdən kənarlaşdırılıb və hazırda oynamadan maaşını alır.

Daha çox


Son xəbərlər