"Evə xoş əhval-ruhiyyədə qayıtmaq istəyirik"

"Evə xoş əhval-ruhiyyədə qayıtmaq istəyirik"
XƏBƏR 20 Dekabr 2012 / 00:22 1708
-  A +

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olacaq "Kəpəz"in kapitanı Azər Məmmədov oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan A.Məmmədov bu oyuna 3 xal üçün çıxacaqlarını bildirib:

“Fikrimiz ancaq qələbə qazanmaqdır. Vəziyyətimiz hamıya bəllidir. Yalnız qələbə əldə etməklə durumumuzu qismən də olsa düzəldə bilərik. İlin son oyunudur. Bundan sonra çempionatda fasilə yaranacaq. Hamımız istəyirik ki, evə xoş əhval-ruhiyyədə qayıdaq. Ona görə klub rəhbərliyinin, məşqçilərin və futbolçuların yeganə istəyi 3 xaldır ”.

Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" matçı bu gün, saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər