"Barselona"da növbəti xərçəng şoku

"Barselona"da növbəti xərçəng şoku
XƏBƏR 19 Dekabr 2012 / 17:03 4174
-  A +

Xərçəng xəstəliyi "Barselona" klubunun yaxasını buraxmır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Erik Abidalın ardından bu dəfə "Barselona"nın baş məşqçisi Tito Vilanovada xərçəng xəstəliyi aşkarlanıb.

2011-ci ildə qulaqaltı vəzilərindən əməliyyat olunan Vilanovanın xəstəliyi yenidən baş qaldırıb. Belədə baş məşqçi təcili olaraq əməliyyata alınıb. Bu xəbəri təsdiqləyən "Barselona"nın prezidenti Sandro Rosell yeni illə bağlı keçiriləcək olan bütün partilərin təxirə salındığını bildirib.

Qeyd edək ki, daha öncə qara ciyərində xərçəng xəstəliyi aşkarlanan Erik Abidal əməliyyat olunmuşdu.

Daha çox


Son xəbərlər