Karles Puyol: "Real" sonadək mübarizə aparacaq"

Karles Puyol: "Real" sonadək mübarizə aparacaq"
XƏBƏR 18 Dekabr 2012 / 03:42 2096
-  A +

"Barselona" klubunun kapitanı Karles Puyol La Liqada çempionluq haqda danışmağın erkən olduğunu bildirib.

Qol.Az-ın məlumatına görə, Puyol əzəli rəqibləri "Real" (Madrid) klubunun sonadək mübarizə aparacağına inandığını vurğulayıb:

"La Liqada bizimlə sonadək mübarizə aparacaq bir komanda varsa, o da "Real"dır. İki il öncə də bu ssenariya yaşanmışdı. 12 xal öndə olsaq da, sonradan bu fərq aradan qalxmışdı. Joze Mourinyo çox yaxşı və təcrübəli məşqçidir. Bir sıra komandalarda çempionluq yaşayıb. Onun komandasını çətin vəziyyətdən çıxaracağına inanıram. Komandamda hər şey qaydasındadır. Bu mövsüm də bütün turnirlərdə baş mükafat uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, 16 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edən "Barselona" "Real"ı 13 xal qabaqlayır.

Daha çox


Son xəbərlər