Qomez: "Yalnız "Barselona" bizdən daha yaxşıdır"

Qomez: "Yalnız "Barselona" bizdən daha yaxşıdır"
XƏBƏR 18 Dekabr 2012 / 01:56 2214
-  A +

"Bavariya" klubunun hücumçusu Mario Qomez komandasının bu mövsümki çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Kicker"ə danışan almaniyalı futbolçu bu mövsüm ÇL və Bundesliqada çempion olmaq istədiyini bildirib:

"Ötən mövsüm bizim üçün uğursuz oldu. Ancaq bu mövsüm hər kəs çempion olmağı arzulayır. Həm Bundesliqada, həm də Çempionlar Liqada işlərimiz yolunda gedir.

ÇL-də məndən sonra ən çox qol vuran Ruud Van Nistelroy və Lionel Messi var. Lakin bu rekord mənim üçün heç nə ifadə etmir. Çünki əlimə titul keçmədi. Yaxşı heyətimiz var. Komandalara gəldikdə isə bu mövsüm yalnız "Barselona" bizdən daha yaxşıdır".

Daha çox


Son xəbərlər