Tito Vilanova: "Barselona" hələ çempion deyil"

Tito Vilanova: "Barselona" hələ çempion deyil"
XƏBƏR 18 Dekabr 2012 / 00:01 1846
-  A +

"Barselona" klubunun baş məşqçisi Tito Vilanova komandasının La Liqadakı çempionluq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Vilanova "Barselona"nın hələ çempion olmadığını bildirib:

"Ən yaxın izləyicilərimizlə xal fərqini artırdıq. Ancaq bu o demək deyil ki, biz artıq çempionuq. 2009-cu ildə biz xeyli xal fərqi ilə geridə olsaq da, sonda çempion olmağı bacarmışdıq. Bu mövsüm də hansısa komanda bunu bacara bilər. La Liqa asan çempionat deyil. Ona görə də düşünürəm ki, biz hələ çempion deyilik".

Qeyd edək ki, 16 turdan sonra "Barselona" 46 xalla ən yaxın izləyicisi "Atletiko" (Madrid) klubunu 9 xal qabaqlayır.

Daha çox


Son xəbərlər