Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, o, yığmanın builki çıxışlarına toxunub.
- Millimizin 2012-ci ildəki oyunlarını necə dəyərləndirirsiniz?
- Bir baş məşqçi kimi komandanın, son üç çətin oyunundan razı qalmaq olar. Nəzərə almaq lazımdır ki, bizim üç çətin səfər qarşılaşmamız olub. Mənə elə gəlir ki, pis nəticə qazanmamışıq. Məni təəssüfləndirən İsrailə qarşı ev oyunu oldu. Həmin görüşdə üç xal qazanmalıydıq. Yaxşı çıxış etməyimizə baxmayaraq, hesabı qoruyub saxlaya bilmədik. Ümumilikdə götürsək həm komandamın oyunundan, həm də futbolçulardan razı qaldım. İnanıram ki, növbəti ildə daha yaxşı nəticə əldə edəcəyik.
- Millimiz demək olar ki, bütün oyunlarda 65-ci dəqiqəyə qədər yaxşı çıxış edir. Bundan sonra qapımızda qol görürük. Elə Şimali İrlandiyaya qarşı oyundada bunun şahidi olduq. Müdafiədə oynamaq sizin tapşırığınızdı, yoxsa, futbolçularınız fiziki baxımdan çatdıra bilmir?
- Bu, mənim tapşırığım deyil. Mən hər zaman istəmişəm ki, komandam gözəl futbol nümayiş etdirsin. Oyunçulara tapşırmışam ki, fiziki durumları üzərində xeyli işləsinlər. Belə olan halda biz doxsan dəqiqə hücumameylli futbol oynaya bilərik.
- Özbəkistanla yoldaşlıq oyununun təxirə salındığı deyilir. Bu nə dərəcədə doğru məlumat idi?
- Belə bir şey yoxdur. Daha doğrusu, mənim bundan xəbərim yoxdur. Oyun təxirə salınmayıb. Sadəcə, adi bir sınaq oyunu olacaq. Fevralın 1-də hər iki komandanın məqsədi bəzi oyunçuları sınaqdan keçirmək olacaq. Rəsmi görüş kimi isə yalnız Lixtenşteynlə üz-üzə gələcəyik.
- Elnur Allahverdiyevin milliyə qaytarılması mümkündür?
- Hələlik bu haqda heç nə deyə bilmərəm. Bir qədər də gözləmək lazımdır.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi