Ünal Aysal: "Qalatasaray" Kakanı transfer etməyəcək"

Ünal Aysal: "Qalatasaray" Kakanı transfer etməyəcək"
XƏBƏR 17 Dekabr 2012 / 02:11 2102
-  A +

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsi dönəmində Madrid "Real"ının braziliyalı ulduzu Kakanı almayacaq.
 
Qol.Az-ın məlumatına görə, bu barədə  "Qalatasaray" klubunun prezidenti Ünal Aysal açıqlama verib.

Ü.Aysalın sözlərinə görə, məşqçi heyəti ilə danışıqlar aparılacaq və məhz onların məsələhət gördüyü futbolçular komandaya transfer ediləcək.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında "Cim Bom"un qışda "Real"dan Kakanı transfer edəcəyi haqda yazılar dərc olunmuşdu.

Daha çox


Son xəbərlər