Cihan Özkara oynamadı, komandası məğlub oldu

Cihan Özkara oynamadı, komandası məğlub oldu
XƏBƏR 16 Dekabr 2012 / 02:18 1338
-  A +

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Erciyesspor" klubu ötən gün Türkiyə birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Özkaranın komandası XVI tur çərçivəsində evdə "Manisaspor" klubu ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Erciyesspor" ikinci hissədə də oyunda dönüş yarada bilməyiblər - 2:3.

Qeyd edək ki, Özkara bu oyunda da iştirak etməyib. Millimizin üzvü bu matçın "18"liyindən kənarda qalıb.

Daha çox


Son xəbərlər