Bekhem Avstraliyada oynamaqdan imtina etdi

Bekhem Avstraliyada oynamaqdan imtina etdi
XƏBƏR 15 Dekabr 2012 / 18:53 1648
-  A +

"Los Angeles Qalaksi" klubundan ayrılan Devid Bekhem karyerasını Avstraliya liqasında davam etdirə bilərdi.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis futbolçu ilə Avstraliyanın iki komandası yaxından maraqlanırdı.

Avstraliyanın "Pert Qlori" və "Melburn Hart" klubları Bekhemin xidmətində maraqlı idilər. Lakin 37 yaşlı futbolçu Avstraliyada oynamaqdan imtina edib.

Qeyd edək ki, dünya ulduzlarından Alessandro Del Pyero və Emil Heski Avstraliya liqasında çıxış edir.


Daha çox


Son xəbərlər