Bandoviç: "Komandada zəif futbolçu yoxdur"

XƏBƏR 15 Dekabr 2012 / 16:45 1552
-  A +

“Hesabdan razı deyiləm. Meydana 3 xal üçün çıxmışdıq, amma qələbə qazana bilmədik. Futbolçularımız əzmkar oynadı, cinahlardan yaxşı hücumlar qurduq. Amma cərimə meydançasında bunlardan istifadə edə bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç "Qarabağ" ilə oyundan sonra (0:0) keçirilən mətbuat konfransında deyib.

Bandoviç komandasının hücumçuya ehtiyacı olduğunu bildirib: "Komandam təcrübə baxımından yaxşı idi. Əsas 3 xal idi, amma təəssüf ki, onu qazana bilmədik. Komandamızda zəif futbolçu yoxdur. Axırıncı 6 oyunda 5 qol vurmuşuq. Amma hücumçuya ehtiyacımız var”.

Daha çox


Son xəbərlər