Qurban Qurbanov: "Heç-heçəni pis nəticə saymıram"

Qurban Qurbanov: "Heç-heçəni pis nəticə saymıram"
XƏBƏR 15 Dekabr 2012 / 16:41 1938
-  A +

"Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan sonra (0:0) keçirilən mətbuat konfransında deyib. 

Qurbanov heç-heçənin pis nəticə olmadığını bildirib: “Bakı” çox sürətli oyun göstərir. Bunu “Neftçi” və “Qəbələ” ilə oyunlarda da gördük. Meydanı qol vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis nəticə saymıram".

Daha çox


Son xəbərlər