Karles Bakes: "Hakimdən narazıyam"

Karles Bakes: "Hakimdən narazıyam"
XƏBƏR 14 Dekabr 2012 / 18:54 3741
-  A +

“Oyun çox gərgin keçdi. Hava şəraiti və meydançanın durumu oyunun nəticəsinə müəyyən mənada təsir etdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Neftçi” ilə oyundan sonra (2:1) “Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Bakes deyib.

Bakes oyunun hakimliyindən narazılığını bildirib: “Penalti epizodunda hakimin səhv etdiyini deyə bilmərəm. Amma ümumilikdə hakimin işindən narazıyam”.

Baş məşqçi yerli azarkeşlərə komandaya verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb.

Onun sözlərinə görə, “Xəzər Lənkəran” qış transfer pəncərəsində bir neçə mövqeyə futbolçu transfer edəcək: “Bu istiqamətdə işlər görəcəyik. Qələbədən sonra arxayınlaşmaq olmaz. Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Bu oyuna köklənməliyik. Əsas məqsədimiz “altılıq”dakı yerimizi möhkəmləndirməkdir”.

Daha çox


Son xəbərlər