Dünya çempionatının final matçı Cüneyt Çakıra tapşırıldı

Dünya çempionatının final matçı Cüneyt Çakıra tapşırıldı
XƏBƏR 14 Dekabr 2012 / 18:27 2406
-  A +

Futbol üzrə klublararası dünya çempionatında keçiriləcək “Çelsi” – “Korintias” matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həlledici görüş türkiyəli FİFA referisi Cüneyt Çakıra həvalə olunub.

Çakıra bu oyunda Bahəddin Duran və Tarık Onqun köməklik edəcəklər.

Qeyd edək ki, C.Çakır 1/4 finalın “Ulsan Hyunday” – “Monterrey” qarşılaşmasını da idarə etmişdi.

Daha çox


Son xəbərlər