Xavi: “Çempionluqdan danışmaq çox tezdir”

Xavi: “Çempionluqdan danışmaq çox tezdir”
XƏBƏR 14 Dekabr 2012 / 11:45 1593
-  A +

“İndidən çempionluqdan danışmaq çox tezdir. “Real” asanlıqla təslim olmayacaq və sonadək mübarizə aparacaq”.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığə məlumata görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Xavi deyib.

Madrid klubu ilə aralarındakı 11 xallıq fərqə toxunan Xavi burada qeyri-adi nəsə olmadığını söyləyib: “Vaxt olub, “Real”dan 12 xal irəlidə olmuşuq. Amma çempionluğu əldə etmək bizə asan başa gəlməyib. “Real” xal fərqini azaltmağa qadirdir”.


Son xəbərlər