Maskerano: “Messi artıq başqalarına yox, öz rekordlarına qarşı mübarizə aparır”

Maskerano: “Messi artıq başqalarına yox, öz rekordlarına qarşı mübarizə aparır”
XƏBƏR 14 Dekabr 2012 / 11:20 1980
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Havyer Maskerano komanda yoldaşı Lionel Messi haqda fikirlərini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, argentinalı ulduzu müasir futbolçularla deyil, bütövlükdə futbol tarixi ilə müqayisə etmək lazımdır.

“O, artıq başqalarına yox, öz rekordlarına qarşı mübarizə aparır. Messi futbol qatilidir, o, meydana növbəti qurbanlarını məhv etmək üçün çıxır. Amma qeyd etməliyəm ki, şəxsi rekordları Messi üçün başlıca hədəf deyil” – deyə o vurğulayıb.


Son xəbərlər