"Yuventus" Didye Droqbadan imtina etdi

"Yuventus" Didye Droqbadan imtina etdi
XƏBƏR 14 Dekabr 2012 / 02:51 1685
-  A +

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba hazırda formasını geyindiyi Çinin "Şanxay Şenhua" klubundakı vəziyyətindən məmnun olmadığını deyib.

Qol.az-ın verdiyi məlumata görə, hücum xəttini gücləndirmək məqsədi ilə Didye Droqbanı transfer etməyi planlaşdıran “Yuventus” rəhbərliyi futbolçunun bir sıra tələblərinə rəğmən bu fikirdən vaz keçib.

Buna səbəb futbolçunun “Yuventus”la iki illik müqavilə bağlamaq istəyi olub. Turin təmsilçisi Droqba ilə bir illik müqavilə bağlamaq niyyətində idi. “Yuventus” rəhbərliyi futbolçunun transfer ediləcəyi halda onun üçün 4,5 milyon avroluq məvacibin ayrılmasını nəzərdə tutduqlarını söyləyib.

Qeyd edək ki, Droqba "Şanxay Şenhua"da maaşını vaxtında ala bilmədiyi üçün komandadan ayrılmaq istədiyini açıqlayıb.


Son xəbərlər