Reto Zigler: "Fənərbaxça"nın mənə ehtiyacı yoxdu"

Reto Zigler: "Fənərbaxça"nın mənə ehtiyacı yoxdu"
XƏBƏR 14 Dekabr 2012 / 00:46 1791
-  A +

Beşiktaş klubu “Fənərbaxça”nın sabiq futbolçusu Reto Zigler ilə maraqlanır.

Qol.Az-ın məlumatına görə, isveçrəli futbolçu jurnalistlərə verdiyi açıqlamada belə söyləyib.

Ötən ildə Türkiyənin “Fənərbaxça” klubunda forma geyən Ziglerə bir çox yerlərdən maraqlı təkliflər gəlsə də, futbolçu daha çox "Beşiktaş"a üstünlük verdiyini, lakin bu haqda hələ də qəti fikirdə olmadığını söyləyib:

“Hələlik bu haqda dəqiq fikir söyləyə bilmərəm. Lakin "Beşiktaş"ı seçməyim mənim üçün daha münasib olardı. Bu kluba üstünlük verməyimin əsas səbəblərindən biri də "Beşiktaş" rəhbərliyinin məni öz klublarında görmək üçün mübarizə aparması və mənə dəyər verməsidi”. Daha sonra “Fənərbaxça”nın mənə ehtiyacı yoxdu” deyən 26 yaşlı futbolçu son günlərdə bu klubla əlaqəsinin olmadığını da vurğulayıb.

Xatırladaq ki, ötən il “Fənərbaxça”nın formasını geyən R.Ziglerin kluba qayıtmaq cəhdləri baş tutmayıb. Buna isə onun müqavilə ilə məxsus olduğu “Yuventus”da narazılıqların yaranması səbəb olub.

 


Son xəbərlər