12-ci oyunçu, 12 dəqiqə və 12.12.12

12-ci oyunçu, 12 dəqiqə və 12.12.12
XƏBƏR 14 Dekabr 2012 / 00:13 3123
-  A +

İtaliya kuboku çərçivəsində keçirilən "Yuventus" - "Kalyari" matçına 12 rəqəmi damğasını vurub.

Qol.Az-ın məlumatına görə, 12.12.2012 tarixində keçirilən görüşdə hesabı "Yuventus"un 12 nömrəli futbolçusu Sebastian Covinko açıb.

Gənc futbolçunun vurduğu qol ikinci hissənin 12-ci dəqiqəsinə təsadüf edib. Matçın 57-ci dəqiqəsində vurulan yeganə qol "Yuventus" 1/4 finala daşıyıb.


 


Son xəbərlər