Dünya çempionatının finalçıları bəlli oldu

Dünya çempionatının finalçıları bəlli oldu
XƏBƏR 13 Dekabr 2012 / 16:40 1836
-  A +

Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında ikinci finalçı da müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu hüquqa İngiltərənin "Çelsi" klubu yiyələnib.

London təmsilçisi yarımfinalda Meksikanın "Monterrey" klubunu məğlub edib. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan "Çelsi" ikinci hissədə daha iki dəfə fərqlənməklə adını finala yazdırıb - 3:1.

Qeyd edək ki, "Çelsi" dünya çempionatının finalında Braziliyanın "Korintias" klubu ilə qarşılaşacaq.


Son xəbərlər