Dünya çempionatının ilk finalçısı məlum oldu

Dünya çempionatının ilk finalçısı məlum oldu
XƏBƏR 13 Dekabr 2012 / 00:13 1847
-  A +

Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu, Braziliyanın “Korintians” klubudur.

“Korintians” yarımfinalda Misirin “Əl-Əhli” komandasını yenib – 1:0. Yeganə topu 30-cu dəqiqədə Xose Paolo Gerrero vurub.

İkinci yarımfinal matçında İngiltərənin “Çelsi” klubu Meksika “Monterrey”i ilə üz-üzə gələcək. Oyun bu gün baş tutacaq. Final qarşılaşması isə dekabrın 16-da olacaq.

Qeyd edək ki, ötən il klublararası dünya çempionatının qalibi İspaniya “Barselona”sı olub.

 

Daha çox


Son xəbərlər