"Mənə "Zəif" deyəndə xoşuma gəlir"

"Mənə "Zəif" deyəndə xoşuma gəlir"
XƏBƏR 12 Dekabr 2012 / 16:58 2823
-  A +

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Zəif" ləqəbi ilə çağırılmasına münasibət bildirib.

Qol.Az-ın müxbirinin "Neftçi"ni çempion etdikdən və Avropa Liqasında qrup mərhələsinə düşdükdən sonra sizi belə çağıranlara cavabınız necə olardı" sualına Hacıyev bildirib ki, ona hələ uşaqlıqda da belə deyiblər.

"Mən 15 il "Zəif" ləqəbi ilə Naxçıvanda "Araz"da fəaliyyət göstərmişəm. Ona görə də mənə "Zəif" deyəndə əsəbiləşmirəm, əksinə, bu, xoşuma gəlir. Rəhmətlik anam da mənə zəif deyirdi" - deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər