Didye Droqbaya İtaliya nəhəngindən təklif var

Didye Droqbaya İtaliya nəhəngindən təklif var
XƏBƏR 12 Dekabr 2012 / 16:54 2210
-  A +

"Şanxay Şenhua" klubunun hücumçusu Didye Droqba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Qol.Az-ın "La Gazzetta dello Sport"a məlumatına görə, 34 yaşlı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

Turin təmsilçisi Droqba ilə 2014-cü ilə qədər müqavilə imzalamaq niyyətindədir. Təcrübəli futbolçu da daha öncə verdiyi açıqlamasında Avropaya qayıtmaq istədiyini bildirmişdi. Hazırda sabiq komandası "Çelsi"nin düşərgəsində məşq keçən Droqbanın hansı qərarı verəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, Droqbanın yenidən "Çelsi"yə qayıtması da istisna olunmur. 

Daha çox


Son xəbərlər