“Qalatasaray”ı ələ saldılar

XƏBƏR 12 Dekabr 2012 / 13:56 2871
-  A +

Dünən Türkiyə kuboku çərçivəsində “Trabzon 1461” klubuna uduzaraq (1:2) mübarizədən kənarda qalan “Qalatasaray” məşhur “Tvitter” sosial şəbəkəsində gündəmə düşüb.

Qol.Az-ın məlumatına görə, azarkeşlər yazdıqları tvitlərlə “cim-bom”un özündən zəif rəqibə məğlubiyyətini belə ələ salıblar:

-  @grkanyazkan - 1461 dəfə maşallah!
 
- @kolsedra - Sanki “Trabzon 1461” bu gün Marsdan gəlmişdi. Aşağı liqalar heç kim üçün önəmli deyil. Baş məşqçi Mustafanı və komandanı yaxından tanıyanlar üçün bu nəticə çox normaldır.
 
- @betushs - Terim bundan sonra yəqin ki, “1461”in bütün futbolçularını transfer siyahısına əlavə edəcək.
 
- @Gorkemwashere – “1461”ə məğlub olanda ehtiyat heyətlə meydana çıxdıq deyirlər. “Mançester Yunayted”in əvəzedicilərini məğlub edəndə isə Avropa Fatihinə çevrilirlər.

Daha çox


Son xəbərlər