"Bakı"nin keçmiş oyunçusu həbsdən azad ediləcək

"Bakı"nin keçmiş oyunçusu həbsdən azad ediləcək
XƏBƏR 12 Dekabr 2012 / 13:07 1919
-  A +

Gürcüstan yığmasının keçmiş hücumçusu Georgi Demetradze dekabrın 12-də amnistiya üzrə azadlığa buraxılacaq.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan KİV-i xəbər verir. 36 yaşlı Demetradze 2011-ci ilin yazından həbsdədir. O, kriminal aləmlə əlaqələrinə, eləcə də gizli totalizatorda iştiraka görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Demetradze müxtəlif illərdə İspaniya, Hollandiya, Ukrayna komandalarında, eləcə də Azərbaycanın "Bakı" klubunda çıxış edib.

Daha çox


Son xəbərlər