"Xəzər Lənkəran": 8 ildə 7-ci avtoqol

XƏBƏR 12 Dekabr 2012 / 11:20 1633
-  A +

“Xəzər Lənkəran” cari mövsümdə ilk dəfə rəqib komandanın futbolçusunun avtoqoluna sevinib.

Premyer Liqanın XVI turunda "Xəzər Lənkəran"a bir xal gətirən bərabərlik qolunu “Simurq”un üzvü Aleksandr Şemonayev vurub. Avtoqol müəllifi olan zaqatalalı futbolçu “Xəzər Lənkəran”ın tarixinə 7-ci belə oyunçu kimi düşüb.
 
Ona qədər 6 dəfə “Xəzər Lənkəran”ın rəqibləri avtoqol etmişdi. 8 yaşlı komanda 5 dəfə çempionat, 2 dəfə kubokda belə halla üzləşib. 2007/08 və 2011/12 mövsümlərində hərəsində 2, 2006/07 və 2009/10 mövsümlərində isə indiki kimi 1 avtoqola təsadüf olunub.
 
Lakin ilk dəfədir ki, avtoqol olan oyunda “Xəzər Lənkəran” qalib gəlməyib. Əvvəlki 6 matçda komanda qələbə qazanmışdı. Lakin bu dəfə həmin qol heç-heçənin qeydə alınmasında həlledici rol oynadı.
 

“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
 
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
 
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
 
2012/13 mövsümü Azərbaycan çempionatı
10.12.2012 Simurq – Xəzər Lənkəran – 2:2
Aleksandr Şemonayev, 90+4-öz qapısına.

Mənbə: lankaranfc.az

Daha çox


Son xəbərlər