Ukraynanın “Dinamo” (Kiyev) klubunun və Rusiya milli komandasının sabiq futbolçusu Oleq Salenko maraqlı açıqlama verib.
Qol.Az-ın məlumatına görə, Salenko “Seqodnya.ua”ya müsahibəsində bildirib ki, Argentina yığmasının və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi ona məxsus rekordu heç vaxt təzələyə bilməyəcək.
Xatırladaq ki, Salenko 1994-cü il dünya çempionatında Rusiya yığmasının Kamerun üzərində 6:1 hesablı qələbə qazandığı matçda 5 qol vurub. İspaniyanın “Barselona” klubunda çıxış edən Messi isə 2012-ci ildə 86 qol vuraraq, almaniyalı futbolçu Herd Müllerə məxsus rekordu arxada qoyub. Salenkonun fikrincə, argentinalı hücumçu üçün 86 qol fantastika deyil:
“Bu, həm Messi, həm də “Barselona”nın rekordudur. Lakin deməzdim ki, 86 qol fantastik göstəricidir. Bu, Lionelin sərgilədiyi oyun fonunda normal haldır. O, Müller kimi sadəcə, qol vurmur, rəqib komandanın yarısını keçərək, topu qora salır. “Barselona” rəqibi bağlayır, o isə öz ağlasığmaz driblinq və sürəti hesabına boş zonalara soxulur. Messi hələ çox rekordu təzələyəcək. Gələn il 100 qol vursa, təəccüblənməyəcəyəm.
Amma mənim rekordum – dünya çempionatının 1 oyunda 5 qol – hələ uzun müddət davam edəcək. Messi klubda və yığmada fərqli oynayır. Yığmada onun çox qol vurması alınmır, çünki orada ondan oyun qurucusu kimi yararlanırlar. Mənim rekordumu öz millisində ideal
oynayan təmiz hücumçu qıra bilər. 2014-cü il dünya çempionatına yaxın kimin formada olacağını görərik”.
Qeyd edək ki, Lionel Messi Almaniya yığmasının və “Bavariya”nın futbolçusu Herd Müllerə məxsus rekordu 40 ildən sonra təzələyib.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı